Səudiyyə Ərəbistanında hələ də 45 şahzadə həbsdədir

Baxış sayı:
6004

“Vaşinqton Post”-da dərc olunan məqalədə “Rits Karlton” otelində nəzarətə alınan 45 nəfərin hələ də bağlı qapılar arxasında olduğu iddiasına yer verilib.
 
Səudiyyə baş prokurorunun korrupsiya əməliyyatında 106 milyard dollar nağd pul, mal-mülk, müəssisə, qiymətli sənəd və digər mal varlığının ələ keçirildiyini, bəziləri isə kriminal istintaq altında hələ də 56 nəfərin nəzarətdə saxlanıldığını iddia edir. Hansı ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, keçən ay “Bloomberg News”-a, gözaltında olan adam sayını 8 olaraq açıqlamışdı. Bilgi sahibi digər şəxslər isə, oteldə nəzarətə alınan 45 nəfərin hələ də bağlı qapılar arxasında olduğunu iddia edir.
 
Sərvətlərinin böyük hissəsini verdilər
 
Məqalədə, müxtəlif mətbuat orqanlarının məlumatlarında korrupsiyada ittiham olunan bəzilərinin Ər-Riyadın cənubunda yüksək səviyyədə müdafiə olunan əl Hayr həbsxanasında, digərlərinin isə xüsusi mülk olan evlərdə tutulduğu və elektron qandal taxmalarının şərt qoşulduğu ifadə edilib. Ailələri, dostları və insan haqları təşkilatlarına görə də uzun müddət nəzarətdə saxlanılan və ya digər cinayətlərlə qarşı-qarşıya olan bəziləri, Səudiyyə rəsmilərinə tez-tez varlıqlarının böyük hissəsini, tələb edilən pulu verdiyi bildirilib.
 
Təzyiqi bir qədər azaltmaq üçün buraxacaqlar
 
İnsan haqları təşkilatları və ekspertlər, “korrupsiya araşdırmaları" çərçivəsində nəzarətə alınan şahzadələrdən 56 yaşlı Xalid bin Talalın ötən həftə sərbəst buraxılmasından sonra, vəliəhd şahzadə Məhəmmədin Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsinin yaratdığı beynəlxalq qəzəbi yumşaltmaq üçün daha çox insanı azad edəcəyini düşünürlər. Məqalədə Londonda yaşayan Səudiyyə insan hüquqları aktivisti Yəhya Assirinin fikrinə də yer verilib. O, Səudiyyə rejiminin kimsəni azad etmək istəmədiyini, ancaq təzyiq altında olduqları və bu təzyiqi bir qədər azaltmaq üçün bunu etmək məcburiyyətində qalacaqları deyib.
Məqalədə, şahzadə Xalid bin Talalın sərbəst buraxılması isə "ailə birliyini göstərməyə çalışmaq" kimi şərh olunub.
Müxalifət.az