​Səudiyyə Ərəbistanında daha bir YENİLİK - ONLAYN VİZA

Hazırda Səudiyyə Ərəbistanına səfər edən əcnəbi vətəndaşlar çox uzunmüddətli oturma izni üçün gərgin prosedurlar keçirlər. Taxta çıxacaq şahzadə Məhəmməd ibn Salman ölkə iqtisadiyyatını şaxələndirmək üçün yeni gəlir mənbələri axtarır.
Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Turizm və Təbii İrs Komissiyasının sədri Şahzadə Sultan ibn Salman ibn Əbdüləziz mətbuata açıqlamasında, "Hədəfimiz ölkəyə gələn turistlərə bu ölkənin əzəmətini və mədəni irsini geniş tədqiq etməyə şərait yaratmaqdır. Ümid edirik ki, 2018-ci ildə hökumət viza müraciətlərini asanlıqla gerçəkləşdirmək üçün onlayn texnologiyadan istifadə edəcək” deyib.
Səudiyyə Ərəbistanının 32 yaşlı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ölkə iqtisadiyyatının neft ixracından asılılığını azaltmaq üçün yeni sektorların sürətli inkişafı istiqamətində bir çox layihələrə start verib. Eyni zamanda, şahzadə sosial media üzərindən ölkənin ictimai durumu ilə bağlı qınaqları nəzərə alaraq ölkədə əxlaq polisinin rolunu azaldıb və qadınların avtomobil istifadə etmə, stadionlara gedə bilmək kimi bir sıra hüquqlarını bərpa edib.