Səudiyyə Ərəbistanında bir ilk yaşandı

Baxış sayı:
3592

Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalında ilk dəfə bir qadın diktor baş xəbər bülletenini təqdim edib.
 
Ölkənin rəsmi telekanalı “Es-Suudiyye”-də (Saudi Tv) dünən ilk dəfə ana xəbər bülletenində Viam ed-Daxil adlı qadın diktor tamaşaçının qarşısına çıxıb.
O cümlədən, kanalın və ana xəbər bülleteninin yeni yayım dövrünün təqdimatı münasibətilə bülleteni diktor Ömər en-Neşvanla təqdim edib.
Livan Amerikan Universiteti Mətbuat Fakultəsindən məzun olan Daxil, daha əvvəl London mərkəzli “Əlhəyat” qəzeti, Qətər mərkəzli “Al-Jazeera” televiziyası və “Al Arab” televiziyası kimi tanınmışmedya strukturlarında çalışıb.
Səudiyyə Ərəbistanında son dövrdə aparılan dəyişikliklər fonunda qadınlara avtomobil istifadə etmə, şirkət qurmaq, Ədliyyə Nazirliyində işləyə bilmə, idman yarışları üçün stadiona getmək kimi hüquqlar verilib.
Müxalifət.az