"Səudiyyə Ərəbistanına raket atışlarının arxasında İran dayanır" — ABŞ-dan bəyanat

Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket atışlarının arxasında İran dayanır.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Hava Qüvvələri Mərkəzindən bildirilib. Mərkəzin Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bildirib ki, Yəmənin istifadə etdiyi raketlərin arxasında İranın dayandığı açıq-aşkar görünür.
“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, - deyə Harriqan bildirib.
Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.