Səudiyyə Ərəbistanına daha bir sanksiya!

Baxış sayı:
8428

Danimarkanın xarici işlər naziri Anders Samuelsen, Səudiyyə Ərəbistanına silah və hərbi avadanlıq satışının dayandırıldığını açıqlayıb.
 
Danimarka mətbuatında yer alan xəbərlərə görə, nazir Samuelsen, buna əsas olaraq Yəməndə Səudiyyənin oynadığı rol və Camal Qaşıqçı cinayətini göstərib.
Qeyd edək ki, ötən gün jurnalist Camal Qaşıqçı cinayəti səbəbindən 18 Səudiyyə vətəndaşının Şengen bölgəsinə girişini qadağan edən Almaniya, Səudiyyə Ərəbistana silah ixracını da tamamilə dayandırdığını açıqlamışdı.
Müxalifət.az