Səudiyyə Ərəbistanına BALLİSTİK RAKET HÜCUMU

Baxış sayı:
6829

Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının cənubundakı Cazan şəhərinə atdığı balistik raketin havada məhv edildiyi bildirilib.
 
Səudiyyə Ərəbistanının dövlət televiziyası “El-Ahbariyyə”nin xəbərinə görə, hava müdafiə qüvvələri, Husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketi Cazan şəhəri səmalarında məhv edib.
Digər tərəfdən, Husilərə aid “El-Mesira” televiziyasının xəbərində, Husilərin Bədr-1 tipli ballistik raketlə Cazan limanını hədəfə aldığı iddia edilib.
Qeyd edək ki, Husilər ramazan ayında 3 dəfə daha ballistik raket hücumu təşkil edib.
Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiyanın Yəməndəki müharibəyə qoşulduğu 26 mart 2015-dən bəri Husilərin Səudiyyə Ərəbistanına 143 raket atdığı bildirilir.
Müxalifət.az