Səudiyyə Ərəbistanına 400 milyon dollarlıq “Qaşıqçı” təpkisi

Baxış sayı:
6817

Hollivudun gələcək istedadları üzə çıxarmaqla bağlı fəaliyyət göstərən agentliklərindən “Endeavor” Camal Qaşıqçı cinayətinə etiraz etmək məqsədilə Səudiyyə Ərəbistanından aldğı 400 milyon dollarlıq pulu geri qaytarıb.
“The New York Times” qəzetinin xəbərinə görə, Ariel Emanuelin rəhbərliyi altında fəaliyyət göstərən şirkət keçən ilin yaz aylarında Səudiyyə Ərəbistanı ilə müvafiq saziş bağlayıbmış.
Lakin jurnlaist Camal Qaşıqçının İstanbuda vəhşicəsinə qətlə yetirilməsindən sonra şirkət mövqeyini dəyişib.
Qəzetin xəbərində Ariel Emanuelin müqaviləyə son verməsindən dolayı ilkin dövrlərdə Ər-Riyadın intiqam alacağından qorxduğu üçün hətta mühafizəçilərlə gəzdiyi qeyd olunub.
Lakin hər halda bununla bağlı iradəsindən vaz keçməyən cəsarətli iş adamı səudiyyəlilərə ortaqlığın bitdiyini söyləyib və bəhs olunan məbləği onlara geri verib.
Areil Emanuel hələ keçən ilin oktyabrın 15-də, yəni Camal Qaşıqçının yoxa çıxması ilə bağlı informasiyaların yayıldığı bir vaxtda, Kann festivalında hadisəyə sərt təpki göstərməsi ilə yadda qalmışdı.
Qeyd edək ki, Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanı və onun vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla iqtisadi əməkdaşlıqlarını kəsən Qərbin digər iş adamları da mövcuddur. Məsələn beynəlxalq investisiya və texnologiya şirkəti “Virgin” qrupunun sahibi Riçard Branson Səudiyyə Ərəbistanında həyata keçirmək istədiyi iki milyard dollarlıq turizm layihəsindən vaz keçmişdi.