​Səudiyyə Ərəbistanı təcili toplantı çağırdı – İRAN İTTİHAM EDİLİR

Səudiyyə Ərəbistanı gələn bazar təcili toplantı keçirəcək.
Muxalifət.az xəbər verir ki, toplantıda Ərəb Birliyinə daxil olan ölkələr iştirak edəcək.
Görüş zamanı İranın bölgədəki ölkələrə müdaxilələri müzakirə ediləcək.
Səudiyyə Ərəbistanı ilə Körfəz ölkələri İranı İraq, Livan, Yəmən və Suriyanın sabitliyini pozmaqda ittiham edir. Bu kontekstdə yaşanan son hadisə isə Livanın baş naziri Saad Həririnin paytaxt Riyadda istefa açıqlaması verməsi olub.
Baş nazir istefa çıxışında Hizbullah təşkilatı və İranın bölgəyə müdaxilələr etdiyini və ona sui-qəsd təşkil ediləcəyini bildirmişdi.