Səudiyyə Ərəbistanı raketlə vuruldu: ÇOX SAYDA YARALI VAR

Baxış sayı:
5365

Səudiyyə Ərəbistanının Nəcran şəhərinə atılan və havada məhv edilən balistik raketinin parçaları 23 nəfərin yaralanmasına səbəb olub
 
Koalisiya qüvvələrinin sözçüsü Türki əl-Maliki tərəfindən edilən yazılı açıqlamada, Hava Müdafiə Qüvvələrinin, Husilər tərəfindən Yəmənin Səda şəhərindən Necrandakı dinc yaşayış məntəqələrinə atılan balistik raketi məhv etdiyi qeyd olunub.
Raketin vurulduğu zamanı yaşayış bölgələrinə yayılan şrapnel parçaları səbəbi ilə 23 nəfərin "yüngül" şəkildə yaralandığı ifadə edilən açıqlamada, Husilərin 2015-ci ildən bu yana Səudiyyə Ərəbistanı ərazisinə 189 raket atdığı, bu hücumların 112 mülki vətəndaşın ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələndiyi qeyd edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin Yəməndə qanuni hakimiyyəti dəstək məqsədilə hərbi əməliyyat başladığı 26 mart 2015-dən bu yana Husilər, tez-tez Səudiyyə Ərəbistanın müxtəlif bölgələrinə hava hücumları təşkil edir.
Yəmən ərazisindən atılan raketlər, əsasən Səudiyyə Ərəbistanı Hava Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilir.
Müxalifət.az