Səudiyyə Ərəbistanı: "Qətərin Kəbə tələbi müharibə elan etməkdir"

Səudiyyə Ərəbistanı Qətər hökumətinin Kəbəyə beynəlxalq status verilməsi barədə bir tələbinin olduğunu iddia etdi.
 
Səudiyyənin xarici işlər naziri Adil əl Cubeyr bu barədə açıqlama verib. Səudiyyəli diplomat belə bir tələbin müharibə elan etmək olduğunu deyib.
Əl Cubeyr "Əl Ərəbiyə" televiziyasına verdiyi müsahibədə deyib: "Qətərin Məkkəyə dair beynəlxalq status tələbi hücumdur və krallığa qarşı müharibə elan etməkdir".
Nazir bildirib ki, Səudiyyə Ərəbistanı Kəbəyə beynəlxalq status verilməsi üçün çalışan hər kəsə cavab vermə haqqına malikdir.
Qətərin isə belə bir tələbinin olub-olmadığı bilinmir. Amma rəsmi Doha Səudiyyəni həcc ziyarətini siyasiləşdirməkdə tənqid etmişdi./ölke.az