​Səudiyyə Ərəbistanı Qətərin dünya ilə ƏLAQƏSİNİ KƏSƏCƏK

Baxış sayı:
5200

Səudiyyə Ərəbistanı sərhəd boyu Qətərin quru ilə əlaqəsini tamamilə kəsəcək bir kanal layihəsi üzərində işləyir.
Sərhəd boyu yeni bir kanal qurmağa başlayan Səudiyyə Ərəbistanı Qətəri materikdən tamamilə ayırmağa hazırlaşır. Səudiyyə Ərəbistanı rəsmilərinin yaydığı məlumata görə, yeni kanalın uzunluğu 60 kilometr, eni və dərinliyi isə 20 metr olacaq.
 
Planlaşdırılan layihənin 12 ayda tamamlanması gözlənilir. "Khawa Al Udayd"dan başlayacaq olan layihə 2,8 milyard dollara başa gələcək. Layihənin gerçəkləşdirilməsi bölgədə turizmin inkişafını da sürətləndirəcək./Publika/