Səudiyyə Ərəbistanı Qaşıqçının öldürüldüyünü qəbul etdi: 18 nəfər həbs olundu

Baxış sayı:
5011

Səudiyyənin baş prokuroru, jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda bir münaqişə zamanı öldüyünü açıqlayıb.
 
Səudiyyə Ərəbistanında kralın fərmanı ilə, Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsinin sədr müavini Əhməd Asiri vəzifədən alınıb.
 
18 SƏUDİYYƏLİ HƏBS OLUNDU
 
Bundan başqa, 18 nəfər həbs olunub və ən səlahiyyətli hərbi personal vəzifədən alınıb.
Səudiyyə Ərəbistanı, jurnalist Camal Qaşıqçı-nın ölümündə əli olan hər bir kəsdən hesab sorulacağını və ədalətə təslim ediləcəyini bildirib.
Səudiyyə Ərəbistanı, Türk rəsmilərin, şübhəli şəxslərlə bağlı bölüşdüyü məlumatların Qaşıqçı məsələsinin işıqlandırılmasına yardımçı olduğunu bildirib.
Səudiyyə Ərəbistanı, yüksək səviyyəli 3 kəşfiyyat işçisinin vəzifədən azad olunduğunu açıqlayıb.
Səudiyyə Ərəbistanı, Türkiyənin, prezidenti Ərdoğan rəhbərliyində Qaşıqçı araşdırmasında əməkdaşlığa görə təşəkkürünü bildirib.
Müxalifət.az