«Səudiyyə Ərəbistanı nəticələri aradan qaldırmaq gücündədir» – Kral Salman

Baxış sayı:
9847

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının kralı Saman ben Əbdül Əziz Əl Səud bəyan edib ki, ölkəsi «Səudi Aramco» neft şirkətinin infrastrukturuna olan hücumların nəticələrini aradan qaldırmaq gücündədir.

Hökumətin iclasında kral bəyan edib ki, pilotsuz uçaqların hücumu və bunun ardınca neft emalı zavodlarında baş vermiş yanğın dünya iqtisadiyyatını və neft bazarını təhlükə altında qoyub.

Bu bəyanat monarxın hücum barədə verdiyi ilk şərhdir. Məlumdur ki, hücuma görə, Amerika Birləşmiş Ştatları (ABŞ) məsuliyyəti İranın üzərinə qoyub.

Kralın sözlərinə görə, səudlar neft hasilatını tezliklə bərpa edəcəklər. Xəbər verildiyi kimi, hücumadan sonra bu ölkənin neft hasilatı iki dəfədən artıq azalıb – sutkada 9,8 milyon barreldən 5,7 milyon barrelə düşüb.

«Bu iyrənc hücumun nəticələrinin aradan qaldırılması istiqamətində krallığın imkanlarını təsdiqləyirik. Hücum təkcə krallığın həyati əhəmiyyətli obyektlərinin fəaliyyətini pozmayıb» – deyə, Səudiyyənin xəbər agentliyi sitat gətirir.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının «Səudi Aramco» dövlət şirkətinin neft emalı zavodları pilotsuz uçaqların hücumuna məruz qalıb. Artıq xəbər verilib ki, bu hücuma görə məsuliyyəti Yəmənin üsyançı husiləri öz üzərinə götürür. Ərəb koalisiyasında isə əmindirlər ki, hücumun arxasında İran dayanır. İran bunu inkar edir.