Səudiyyə Ərəbistanı İslam alimlərini edam edəcək

Baxış sayı:
4381

“Həmas”ın Siyasi Büro üzvü Musa Əbu Merzuk Səudiyyə Ərəbistanının Ramazan ayının sonunda 3 tanınmış din adamını edam etməyə hazırlandığını iddia edib.
 
Əbu Merzuk Twitter hesabından etdiyi və 2 Səudiyyə səlahiyyətllisinə söykədiyi açıqlamasında, Səudiyyə Ərəbistanında 2017-ci ildə həbs olunan İslam alimi Selman əl-Ovda, Natiq Avad əl-Qarını və dini televiziya proqramının aparıcısı Əli el-Ömərinin Ramazandan sonra edam ediləcəyini ifadə edib.
Əbu Merzuk bu şəxslərin qanının axıdılmasından Səudiyyə idarəçilər, bu hökmü verənlər, hakimlər və hökmü eşidib və bu şəxslərə kömək etməyən hər kəsin məsul olduğunu qeyd edib.
Digər yandan, Səudiyyə Ərəbistanında məhbusların haqqlarını müdafiə edən "Düşüncə Məhkumları" adlı Twitter hesabında, "Din adamlarının edam edilməsi cinayətdir" şəklində “haştag” yaradılıb.
Söz mövzusu Twitter hesabında, Səudiyyə Ərəbistanı hakimiyyətinə bütün düşüncə məhkumlarının sərbəst buraxılması, alim, din adamı və aktivistlərə yönəlik bütün ədalətli olmayan məhkəmələrin dayandırılması çağırışı edilib.
İngiltərə mərkəzli "Middle East Eye" internet saytı dünən iki hökumət qaynağı və alimlərdən birinin qohumuna söykədiyi xəbərdə, 2017-ci ildə həbs olunan Ovda, Qarını və Ömərinin Ramazandan sonra edam ediləcəyini iddia etmişdi.
Səudiyyə Ərəbistanıda 2017-də həbs olunan Ovdaya təxminən bir il sonra çıxarıldığı məhkəmədə, "terror təşkilatına liderlik, Riyadın Qətərə tətbiq etdiyi mühasirəyə qarşı çıxma, “Müsəlman Qardaşlar” təşkilatıyla əməkdaşlıq, hökumətin uğurlarına qarşı kinayə etmək, Qətər kralının ailəsiylə əlaqədə olma, milli təhlükəsizliyi təhdid etmək kimi, 37 ayrı ittihamnamə yönəldilmişdi.
Səudiyyə Ərəbistanında keçən ay "terror təşkilatı qurmaq və düşmənlə əməkdaşlıq etmək" ittihamı ilə əksəriyyəti Şiə olmaqla, 37 adamın edam edildiyi bildirilmişdi.
Müxalifət.az