Səudiyyə Ərəbistanı: Hörmüz boğazı bağlansa, İranı vuracağıq

Baxış sayı:
6022

"İran Hörmüz boğazını bağlayarsa, Səudiyyə Ərəbistanı bu ölkəyə zərbə endirəcək".
"Əl-Ərəbiyə" telekanalı bildirir ki, bu bəyanatla Səudiyyə Ərəbistanının energetika naziri İbrahim əl-Muhənna çıxış edib.
Onun sözlərinə görə, rəsmi Tehranın şimal hissəsi iranlılara, cənub hissəsi isə BƏƏ və Omana məxus olan strateji əhəmiyyətli Hörmüz boğazını bağlamaq səlahiyyəti yoxdur. Əgər İran boğazı blokadaya alsa, BMT Təhlükəsizlik Şurası hərbi müdaxiləyə sanksiya verəcək.

Qeyd edək ki, dünən İranın Hərbi Dəniz Qüvvələrinin generalı Əlirza Tənqsiri "Press TV"yə açıqlamasında deyib ki, Tehran Fars körfəzi və Hörmüz boğazına tam nəzarət edir.