Səudiyyə Ərəbistanı gözləmədiyi yerdən vuruldu

Baxış sayı:
340

Camal Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanına sanksiyalar hazırlayan ABŞ Senatının, silah satışının dayandırılması da daxil, bir sıra sanksiyaları ehtiva edən yeni bir qanun layihəsi hazırladığı bildirilib.
 
Nyu-Cersi-nin senatoru Demokrat Bob Menendez ilə İndiana senatoru Respublikaçı Todd Youngın rəhbərliyi altında hazırlanan layihəyə, Respublikaçı senatorlar Lindsey Qrehem və Susan Collins ilə Demokrat senatorlar Con Reed və Janna Shaheen də dəstək verib.
Layihəylə bağlı yazılı bir açıqlama edən senator Menendez, ABŞ rəhbərliyinin Qaşıqçı sui-qəsdi ilə əlaqədar olaraq 17 Səudiyyə nümayəndələrinə tətbiq etdiyi sanksiya qərarının yetərli olmadığını və bu ölkəyə yeni sanksiyaların tətbiq edilməsinin lazım olduğunu vurğulayıb.
 
Şəffaf və qəbul edilə bilən bir istintaq aparılmalıdır
 
Senator Menendez, açıqlamasında, “Qaşıqçı cinayətinə dair şəffaf və qəbul edilə bilən bir istintaq aparılmalıdır. Bu layihə ilə Konqres, insan haqlarına olan bağlılığını bir daha ortaya qoyur" deyib.
Səudiyyə Ərəbistanının Yəməndə davam etdirdiyi müharibəyə toxunan Menendez, "Konqres, Yəməndə toqquşmaların təcili dayandırılmasını tələb edir" deyə bildirib.
Müxalifət.az