Səudiyyə Ərəbistanı ETİRAF ETDİ: Qaçıqçı konsulluqda ÖLDÜRÜLDÜ - ŞOK DETALLAR

Baxış sayı:
6334

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin Türkiyədəki baş konsulluğunda çıxan davada öldürüldüyünü açıqlayıb. Belə ki, Qaşıqçı konsulluqda olarkən bir neçə nəfər arasında dava olub və hadisə zamanı o, öldürülüb.
Muxalift.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi dairələri bu cinayətlə əlaqəli 18 nəfərin saxlanıldığını bildirib.
Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud Əl Muhib Qaşıqçının öldürülməsində məsuliyyət daşıyanların hamısının ədalət qarşısında cavab verəcəyini bildirib.
Bu hadisə ilə əlaqədar ölkənin Təhlükəsizlik nazirinin köməkçisi Əhməd Əsiri vəzifəsindən azad edilib. Təhlükəsizlik departamentinin yenidən qurulması barəsində qərar qəbul edilib.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasında öldürüldüyü iddia edilir.