Səudiyyə Ərəbistanı daha bir qadağanı ləğv etdi

Baxış sayı:
3215

Səudiyyə Ərəbistanında qadınlara yük maşını və motosiklet idarə etməyə icazə verilib.
Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Nəqliyyat Nazirliyi qadınların müvafiq qaydalara əməl etdiyi təqdirdə sözügedən nəqliyyat vasitələrini idarə edə biləcəklərini açıqlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara tətbiq edilən bir sıra qadağaların aradan qaldırılması prosesinə başlanılıb. Bir qədər əvvəl Ər-Riyad qadınların avtomobil idarə etməsi qarşısında dayanan qadağanı da ləğv etdiyini açıqlamışdı.