Səudiyyə Ərəbistanı Baş Konsulluğunda hərəkətlilik

Baxış sayı:
4498

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axşam saatlarında hərəkətlilik müşahidə olunub. Konsulluqdan iki qara çanta və bir dizüstü kompüterlə çıxan üç nəfər çıxıb və mülki nömrəli avtombillə ərazidən uzaqlaşıb.
 
Saat 22.00-də başlayan hərəkətlilik zamanı ilk olaraq iki mülki nömrəli avtomobil konsulluğun qapısına yaxınlaşıb. Bir müddətdən sonra içəridən çıxan mülki geyimdə olan iki nəfər avtomobillərə minərək Konsulluqdan ayrılıb.
 
QARA ÇANTALI 3 KİŞİ KNSULLUQDAN AYRILIB
 
Saat 23.00 radələrində, mülki nömrəli bir avtomobil konsulluğun çıxış qapısına yaxınlaşıb. Əllərində 2 qara çanta və dizüstü kompyuter olan 3 nəfər konsulluqdan ayrılıb. Avtmobillərin arxa oturacağında oturan 3 adamın çantalarında nə olduğu bilinmir.
 Bu arada saat 13.45-də konsulluq binasına daxil olan 4 nəfər də 23.20 radələrində mülki nömrəli avtomobillə Konsulluqdan ayrılıblar.
Müxalifət.az