Səudiyyə Ərəbistanı ABŞ-ı hədələdi

Baxış sayı:
5452

Səudiyyə Ərəbistanında ABŞ-ın mümkün sanksiya hədələrinə qarşılıq öz hücum planlarını dilə gətirib. Xüsusilə son günlərdə artan beynəlxalq sanksiya ritorikaları Səudiyyə Ərəbistanının çətin vəziyyətə salarkən, Ər-Riyad rəhbərliyi də cavab olaraq”Al Ərəbi” televiziyası vasitəsilə təbliğat verilişlərinə başlayıb.
 
NEFT TƏHDİDİ
 
Səudiyyə rəhbərliyi mümkün sanksiyalara qarşı ilk həmlə olaraq neft qiymətlərinə müdaxilə ediləcəyini bildirərkən, qiymətlərin 3-4 qatına çıxarılmasını deyir.
ABŞ-a qarşılıq olaraq “İstəsək neft 100-200, hətta 400 dollara qalxar" mesajının verildiyi yayımlarda neft böhranı ilə təhdid edilir.
 
İRAN HÖKMRANLIĞI GÜCLƏNƏCƏK
 
Səudiyyə digər bir təbliğat amili də İrandır. Ər-Riyad rəhbərliyinə tətbiq olunacaq mümkün sanksiya vəziyyətində bölgədə durumun mürəkkəbləşəcəyi və siyasi qeyri-müəyyənliyin İranın bölgədəki nüfuzunun artmasına fayda verəcəyini bildirir.
Belə olduğu təqdirdə İran təhlükəsinin daha da artacağını bildirən Səudiyyə rəsmiləri, sanksiyaların siyasi və iqtisadi olaraq dünyanı fəlakətə aparacağını bildirir.
 
ABŞ-dan SANKSİYA RİTORİKASI
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Səudiyyə rəhbərliyinə qarşı sanksiya tətbiq oluna biləcəyi siqnallarını ötən gün vermiş, bu məsələ barəsində sanksiyaların beynəlxalq miqyas ala biləcəyini bildirmişdi.
Müxalifət.az