Səudiyyə Ərəbistandan İrana DİPLOMATİK HƏMLƏ

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cübeyr, İranı Birləşmiş Millətlər Təşkilatına şikayət edərək, daha çox sanksiya tətbiq edilməsini istəyib.
 
BMT-ni İrana daha çox sanksiya tətbiq etməyə çağıran Səudiyyə Ərəbistanı xarici işlər naziri, Hizbullahın İranın alətinə çevrildiyini söyləyib.
Yəməndən atılan və Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketlərin əks-sədası davam edir.
Ər-Riyad rəhbərliyi, Şiə Husilərin atdığı raketlərdən birbaşa İranı məsul tutub, uyğun bir zaman və şəkildə qarşılıq vermə haqqının gizli tutulduğunu qeyd edib.
Birləşmiş Millətləri İrana daha çox sanksiya tətbiq etməyə çağıran Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cübeyr, Amerikanın NBC kanalına müsahibədə belə deyib:
“Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə daha yaxından məşğul olmalıdır. Məsələnin digər bir tərəfi də İranın mövqeyi, bu ölkənin terrorizmə verdiyi dəstək və balistik raket proqramıdır. Hər ikisi də beynəlxalq qərarların pozulmasıdır. Bu səbəblə, Birləşmiş Millətlərin həm balistik raket qətnamələrini pozduğu, həm də terrorizmə dəstək verdiyi üçün İrana sanksiyalar tətbiq etməsini istəyirik.
 
 HİZBULLAH İRANIN VASİTƏSİDİR
 
Ər-Riyadla Tehranı qarşı-qarşıya gətirən digər bir məsələ də Livan məsələsidir. Səudiyyə Ərəbistanı, İranın dəstəklədiyi Hizbullahın fəaliyyətlərinin Yaxın Şərqdəki stabilliyi pozduğunu deyib.
Səudiyyəli nazir əl Cübeyr, İranın vasitəsi halına gələn Hizbullahın bütün regionu qarışdırdığını irəli sürüb:
“Hizbullah, Livanın baş naziri Saad Haririnin atmaq istədiyi hər bir addımın qarşısına maneə qoymaqla, Livanın bütün sistemini qəsb edib. Hizbullah eyni zamanda İranın Suriyaya müdaxiləsi, Həmas, Husilər və Livanı öz təsiri altına almaq üçün istifadə etdiyi bir vasitəyə çevrilib. Hizbullahın regionda aranı necə qarışdırdığını gördük.”
Müxalifət.az