Səudiyyə Ərəbistandakı ÇEVRİLİŞİN PƏRDƏ ARXASI

Səudiyyə Ərəbistanında ABŞ-ın dəstəyi ilə baş tutan saray çevrilişindən  sonra davam edən əməliyyatın pərdə arxası aydınlaşır.
 
Səudiyyə Ərəbistanında vəliəhd Şahzadə Muhəmməd bin Salmanın komissiya sədri olduğu bir əməliyyatda 11 Şahzadə və bir neçə nazir də daxil, onlarla səlahiyyətli və imkanlı şəxslər “Korrupsiya ilə mübarizə” adı altında həbs olundu.Olanlar həqiqətən də bir korrupsiya əməliyyatıydımı?
Doğrudan da bu əməliyyatların Səudiyyə Ərəbistanını yenidən ədalətlə qovuşduracağını bütün ərəblər istədiyi kimi, biz də istərdik. Amma ortadakı reallıqlar tamamilə başqa mətləblərdən xəbər verir.
Xatirinizdədisə, Şahzadə Məhəmməd bin Salman bu əməliyyatdan 1 həftə əvvəl "Mülayim İslama qayıdırıq" demişdi və həmin gün də Qərb şirkətlərinə tikdirəcəyi 500 milyard dollarlıq investisiya planını açıqlamışdı. Əslində bu açıqlama bütün şifrələrin açılması üçün açar rolunu oynamağa yetərli idi. “Mötədil İslama qayıdırıq” ritorikası Şahzadənin hakimiyyət yolunda ona əngəl olacaq müxaliflərin “həzm” edilməsi üçün bir örtük idi. 500 milyard dollarlıq layihə də bu “həzmetmə” hərəkatını icra edərkən onu dəstəkləməsi üçün Qərbə verilmiş rüşvətdən başqa bir şey deyildi.
Korrupsiya ilə bağlı həbsetmə əməliyyatından bir gün əvvəl Livanın Səudiyyə dəstəkli baş naziri Həririnin İranı ittiham etdikdən sonra istefaya getməsinin də əslində İsrailə Tehranla mübarizə mövzusunda dəyəri qabaqcadan ödənilən rüşvətdən başqa bir şey olmadığı görünürdü. Məhz bundan sonra İsrail diplomatlarına hər yerdə Səudiyyəyə dəstək vermələri üçün təlimat göndərmişdi.
Şahzadə Muhəmməd bin Salmana dəstək verdiyini dərhal bəyan edən ABŞ rəhbərliyinin də məqsədi bir başqa idi. ABŞ bununla regiondakı Ərəbləri öz əli ilə qanadlandırdığı Şiə İran ilə qorxudub, İsraillə açıq ittifaqa təşviq etmək istəyirdi.
Və ən nəhayət yazını bu planın böyük hədəflərinə dair 3 proqnozla bitirmək olar:
Birincisi, plan məqsədinə çatsa, Səudiyyə Şahzadəsi Muhəmməd bin Salman Sünni Ərəblərin lideri və kralı olacaq.
 İkincisi, İranın liderliyində birləşən Arap-Fars-Türk Şiələrin, Fatımilərdən sonra ilk dəfə Yaxın Şərqə hakim olacaq bir Şiə dövləti qurmasının, İsrail-Sünni Ərəblərin ittifaqı ilə qarşısı alınacaq.
Üçüncüsü, Yaxın Şərqə yayılmış ilk Şiə dövləti olan Fatımiləri tarix səhnəsindən silmiş olan potensial Türk-Kürd-Ərəb ittifaqının, indi İranın yeni Fatımi dövləti yaradacağı qorxusu ilə Türkiyə rəhbərliyi altında dirilib bölgəyə hakim olmasının qarşısı alınmış olacaq.
Fikir verdinizsə, burada ABŞ-İsrail birliyi bir daşla iki quşu birdən vurmağı hədəfləyir. Yəni, İranı hədəf göstərməklə onu zərərsizləşdirərkən, paralel olaraq əsil hədəf olan Türkiyənin bölgədə güclənməsinin qarşısını almaq istəyirlər.
Müxalifət.az