Səudiyyə Ərəbistanda bir ilk! ABŞ-a qadın səfir təyin edildi

Baxış sayı:
5674

 Səudiyyə Ərəbistanının ilk qadın səfiri şahzadə Rima bint Bəndər bin Sultan bin Əbdüləziz Al Səud ABŞ-dakı səfir vəzifəsinə başlamaq üçün and içib.
 
Səudiyyə Ərəbistanının ilk qadın səfiri şahzadə Rima bint Bəndər bin Sultan bin Əbdüləziz Al Səud ABŞ-dakı səfir vəzifəsinə başlamaq üçün Ər-Riyaddakı Əl Yamama Kral Sarayında Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulazizin hüzurunda and içib.
Vəliəhd şahzadə və müdafiə naziri Məhəmməd bin Salman bir sammitdə iştirak etmək üçün Misirdə olan atası kral Salman bin Abdulazizin yerinə ilk dəfə kral fərmanı imzalayaraq Vaşinqtondakı səfir qardaşı Xalid bin Salmanın yerinə şahzadə Rimanı təyin edib. Şahzadə Rimanın atası Bəndər bin Sultan bin Əbdüləziz də 14 il əvvəl eyni vəzifəni aparıb.
Müxalifət.az