Səudiyyə “Ərəb NATO”-su ilə bağlı hərəkətə keçdi

Baxış sayı:
6979

Səudiyyə Ərəbistanı "Ərəb NATO"-su olaraq adlandırılan "Strateji Orta Şərq Paktı" yaradılması işinə başlayıb.
 
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin (SPA) xəbərinə görə, Səudiyyə Ərəbistanının paytaxt Ər-Riyadda "Strateji Orta Şərq Paktı" hazırlıq işlərinə başlanğıc olaraq ABŞ və Ərəb ölkələri arasında təşkil olunan toplantıya ev sahibliyi etdiyini açıqlayıb.
Bazar ertəsi günü Ər-Riyadda keçirilən toplantıya ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman Sultanlığı, İordaniya və Qətərdən yüksək səviyyəli nümayəndə heyətləri qatılıb. İştirakçıların ad və səviyyələrinə dair isə məlumat verilməyib.
Toplantının "regionda və dünyada sabitlik və təhlükəsizliyin gücləndirilməsini istəyən bir paktın yaranması istiqamətində atılan bir addım" olduğu qiymətləndirilməsi aparılıb.
Ərəb dünyasında "Ərəb NATO"-su kimi tanınan sözügedən strateji birliyin 2017-nin avqust ayında Ər-Ryadda keçirilən Avropa-ABŞ zirvə toplantısının nəticələrindən biri olduğu ifadə edilib.
Müxalifət.az