​Səudiyyə küncə qısılır - 3 ölkədən Qaşıqçı bəyanatı

Baxış sayı:
2851

İngiltərə, Almaniya və Fransa Səudiyyə Ərəbistanının jurnalist Qaşıqçının ölümü ilə bağlı yaydığı açıqlama haqda bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, sözügedən üç ölkə bu açıqlamanın inandırıcı olması üçün faktların ortaya qoyulmalı olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib.
Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyi isə hadisənin Ər-Riyadın nəzarətində olan ərazidə baş verdiyini, lazımi prosedur başa çatdıqdan sonra işin məhkəməyə göndəriləcəyini bildirib.