Səudiyyə kralından yeni həmlə: QƏTƏR ƏMİRİNƏ DƏVƏT GÖNDƏRDİ

Baxış sayı:
11179

Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulaziz, Qətər Əmiri Şeyx Təmim Hamed Al Sani-yə 39-ci Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Sammitində iştirak üçün dəvət göndərib.
 
Qətərin rəsmi agentliyi “QNA”-da yer alan xəbərə görə, kral Salman 9 dekabrda ölkəsində keçiriləcək 39-ci KƏŞ Zirvəsinə qatılması üçün Qətər əmiri şeyx Təmimə rəsmi dəvətnamə göndərib.
Dəvətnamənin KƏŞ-in baş katibi Əbdüllətif ez-Zeyyani tərəfindən Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad el-Merihiyə təqdim olunduğu bildirilib.
 
QƏTƏRƏ BLOKADA BAŞLATMIŞ, DİPLOMATİK ƏLAQƏLƏRİ KƏSMİŞDİLƏR
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 5 iyun 2017-də verdikləri ortaq qərarla Qətərlə diplomatik əlaqələrini kəsdiyini bildirmişdi. Proses çərçivəsində bu ölkələr Qətərə qarşı iqtisadi və siyasi blokada tətbiq etməyə başlamışdı.
Müxalifət.az