Səudiyyə Kralından təlimat: BÜTÜN ƏHALİNİN BORCLARI ÖDƏNİLSİN

Baxış sayı:
6469

Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz, Taif rayonunda "maliyyə cinayəti" ucbatından məhkum edilən bütün şəxslərin azad edilməsi və borclarının ödənilməsi ilə bağlı göstəriş verib.
 
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salman dünən Taifə səfər edib.
Səfərdən sonra vəliəhd şahzadə Məhəmməd bin Salmanın təklifi əsasında, kral Salman, Taif rayonunda "maliyyə cinayətləri" səbəbilə borcunu ödəmədiyi üçün məhkum olan bütün şəxslərin azad edilməsi və borclarının ödənməsi istiqamətində göstəriş verib.
Xəbərdə, maliyyə əfvindən neçə adamın yararlanacağına dair məlumat yer almayıb.
Müxalifət.az