Səudiyyə Konsulluğundakı axtarışda “Mavi işıq” üsulu

Baxış sayı:
3379

Türk heyəti Camal Qaşıqçı hadisəsini aydınlaşdırmaq üçün Səudiyyə Ərəbistanı baş konsulluğunda geniş araşdırma aparıb. Hadisə yeri araşdırma polisi konsulluğun damında, bir digəri isə bağda araşdırma həyata keçirib.
 
“MAVİ İŞIQ” ÜSULU TƏTBİQ EDİLİB
 
Hadisə yeri araşdırma qrupları cinayəti açmaq üçün istifadə etdikləri "Mavi İşıq" üsulundan istifadə edib. Divarlara və konsulluq içindəki hər nöqtəyə bu işıq tutularkən, parallel olaraq bütün görüntülər kameralarla qeydə alınıb.
 
MAVİ İŞIQ ÜSULU NƏDİR?
 
“Mavi İşıq” üsulu müasir "hadisə yeri araşdırma" üsullarından biri kimi, bütün dünyada istifadə olunur. Luminol adı verilən maddə hər hansı bir səthə sürtüldükdə, buradakı qan izi və qalıqları ilə reaksiyaya girir. Reaksiya nəticəsində isə göy-yaşıl rəngli işıq saçır. Beləliklə, gözlə görülməyəcək qan qalıqlarını bu şəkildə müəyyən etmək mümkün olur.
 Müxalifət.az