​Səudiyyə Almaniyadakı səfirini təcili GERİ ÇAĞIRDI

Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini məsləhətləşmələr üçün təcili Ər-Riyada çağırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı SPA agentliyi yayıb. Ər-Riyadın belə addım atmasına Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Səudiyyə Ərəbistanı haqqında səsləndirdiyi fikirlərin səbəb olduğu bildirilr. Səudiyyə Ərəbistanının Qabrielin ifadələri ilə bağlı həmçinin Almaniyaya nota verəcəyi də vurğulanıb.
Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Z.Qabriel Livan Baş naziri Saad Həririyə görə Səudiyyə Ərəbistanını tənqid etmiş, onun Ər-Riyadda saxlanılmamalı olduğunu bildirmişdi.