Sudanın həbs olunmuş prezidenti yemək və dərmandan imtina edib

Baxış sayı:
8590

Bir neçə gün əvvəl qan laxtalanması səbəbiylə müalicə görən Sudanın keçmiş prezidenti yemək yeməyi və dərmanlarını qəbul etməyi rədd edib. Müalicəsindən sonra El Bəşir Xartumdakı evinə aparılıb. Qeyd edək ki, 19 dekabrda iqtisadi böhran səbəbiylə baş verən etiraz hadisələrinin sonunda ordunun müdaxiləsi ilə Ə l Bəşir hakimiyyəti devrilmişdi.
 
Səhiyyə səlahiyyətlilərindən alınan məlumata görə, Bəşir yüngül dərəcədə keçirdiyi tromboz səbəbiylə bir xəstəxanada müalicə olunub və daha sonra paytaxt Hartumda tutulduğu qonaq evinə aparılıb.
Müalicədən sonra Bəşirin sağlamlıq vəziyyətinin stabil vəziyyətə gəldiyini, ancaq psixoloji sarsıntı keçiridiyi bildirilib.
Keçmiş prezident Bəşirin yemək yeməyi və dərmanlarını qəbul etməyi rədd etdiyini ifadə edən səhiyyə rəsmisi, Bəşirin maye maddələr ilə damardan bəsləndiyini qeyd etdi.
Müxalifət.az