Sudandakı hərbi müdaxilənin şifrələri - TƏHLİL

Baxış sayı:
8185

Taha Dağl – Haber7
 
 Sudanda təxminən 30 illik Ömər əl Bəşir dövrünə xalqın ayağa qalxmasından sonra hərbi müdaxiləylə son qoyuldu. Ordunun hakimiyyətə əl qoyması paytaxt Hartumda küçələri bayram yerinə çevirdi, xalqın böyük əksəriyyəti Bəşirin gedişindən məmnundur. Ancaq ən az 2 il sürəcək Hərbi Şuranın elan edilməsi küçələrdəki sevinc nümayişlərini etirazlara, hətta 13 adamın həyatını itirdiyi zorakılıq hadisələrinə səbəb oldu.
 
SUDANDA PROSES NECƏ BAŞLADI?
 
 Sudan xalqının ən böyük problemi ağır iqtisadi şərtlərdir, xalq yoxsulluq içərisindədir, bu vəziyyət illərdir belə davam edir. Ömər əl Bəşir rəhbərliyinin xalq yanında etimadının tükəndiyi də çox danışılıb. Küçədəki Sudanlıların böyük əksəriyyəti İslamçı hakimiyyəti müdafiə edən kütlələrdir, Ömər əl Bəşir də islamci kursun ən əhəmiyyətli nümayəndəsidir. Ancaq o da var ki, Sudanda Bəşirə qarşı üsyan qaldıran müxalif qrupların da demək olar ki, hamısı İslami partiyalardır. Sudandakı məsələ İslamçı-Sekulyar fikir ayrılığının nəticəsi deyil. O səbəblə Sudanda küçədəki nümayişçilər Ömər əl Bəşirin gedişinə ilk əvvəl çevriliş demədi, bunun bir xalq inqilabı olduğunu bəyan etdilər.
 
SUDANIN TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİ
 
 Sudanda hakimiyyət olsun, müxalifət olsun, ya da küçədə vətəndaş olsun, hamısının Türkiyəyə yönəlik sıx əlaqəsi var. Devrilmiş lider Ömər əl Bəşirin Türkiyə ilə münasibətləri onsuz da məlum idi. Amma müxaliflər və Sudan xalqı da xüsusilə prezident Ərdoğana böyük hörmət və məhəbbət bəsləyir.
 
ƏRDOĞANI SUDAN MƏCLİSİNDƏ BÜTÜN SİYASİ QRUPLAR TƏRƏFİNDƏN TƏKBİRLƏ QARŞILAMIŞDI
 
Prezident Ərdoğanın 25 dekabr 2017-dəki Sudan səfəri zamanı tarixi bir gün baş vermişdi.
Ərdoğan Sudan Məclisinə girər girməz Ömər Əl Bəşirin partiyası olsun, ya da digər müxalif partiyalar olsun, hamısının deputatları ayağa qalxıb, təkbirlə prezident Ərdoğanı qarşılamışdı.
 
SEVAKİN ADASI VƏ KƏND TƏSƏRRÜFATI ƏRAZİLƏRİ
 
 Türkiyə hər zaman üçün Sudan və Sudan xalqının yanında oldu. Sevakin Adasının Türkiyəyə verilməsi, Türkiyənin bölgədəki neft axtarma fəaliyyətləri və kənd təsərrüfatı sahəsində əməkdaşlıq bu əlaqənin ən mühüm məsələləridir. Bundan sonrakı prosesdə nə olacaq, ən çox bu narahatlıq doğurur. Türkiyə Sudandakı hadisələrin davamçısı olacaq dünən olduğu kimi, bu gün və sabah da Sudan xalqının yanında yer alacaq.
 
SUDAN MİSİR KİMİ OLUR MU?
 
 Sudanda bu gün baş verən vəziyyət hərbi müdaxiləylə nəticələndiyindən bu bir hərbi çevrilişdir. Xalq nə qədər bunun bir inqilab olduğunu düşünsə də, hərbi rəhbərlik 2 il davam edəcək. Onsuz da bu vəziyyətin elanından dərhal sonra Hartumda bayram edən izdiham qrupların küçə aksiyaları etirazlara çevrildi. Sudanlılar bu dəfə "hərbi deyil, mülki idarəçilik istəyirik" - deyə, müqavimətə başladı.
 Hərbi rəhbərliyin başına hazırda Sudanın müdafiə naziri keçdi. Bu vəziyyət ağıllara 3 iyul 2013-dəki Misir çevrilişini gətirdi. Misirdə də Məhəmməd Mursiyə qarşı hərbi çevriliş edildikdə də Mursinin müdafiə naziri və eyni zamanda baş qərargah rəisi olan Sisi çevrilişin başında idi. Sisi 3 iyul 2013-də çevriliş edib, hakimiyyətə əl qoyub və bu gün hələ də oradadır. Sudanda belə bir vəziyyət baş verməməsi üçün hər kəs diqqətli olmalıdır. Xüsusilə paytaxt Hartumda günlərdir etiraz edən və Bəşirin gedişilə ordunun gəlişini küçələrdə bayram edən Sudan xalqı, bir an əvvəl hərbi idarəetmə prosesini keçib, demokratiyaya keçid nöqtəsində addım atmalıdır. Sudandakı müxalif partiyaların da bu prosesi təmkinli idarə etmələri şərtdir, əks təqdirdə Sudan öz əli ilə vəzifəyə gətirib, çevriliş etdiyi hərbi idarəetmənin qurbanı olacaq.
Sudan xalqı bir seçim etdi, 30 illik bir dövrün bağlanması üçün küçələrə enib və nəticədə hərbi müdaxiləylə çevriliş həyata keçirilib. Sudanlılar vəziyyətin ciddiliyini tezliklə anladı, ancaq bu prosesdə başda ABŞ-İsrail olmaqla, Fransa və digər Qərb qüvvələrin xaricdən idarə etmələrinə qarşı ayıq-sayıq olmalıdırlar. Əks təqdirdə, Sudanın yaşayacağı proses bir inqilabdan daha çox çevrilişin acı nəticələri olacaqdır. Sudan xalqının işi bu mənada çətindir, çünki hərbi rəhbərlik keçid prosesini 2 il olaraq müəyyən etdi ki, bu da idarəetmənin daimi olmasını təmin edəcək ölçüdə uzun bir müddətdir.
 
ÖMƏR ƏL BƏŞİR SƏUDİYYƏ ƏRƏBİSTANINA, YOXSA İRANA YAXINDIR?
 
Devrilmiş lider Ömər əl Bəşirin 2012-yə qədər İranla yaxın əlaqə içərisində olduğu, bu tarixdən etibarən isə Səudiyyə Ərəbistanla təmaslarını daha da artırdığı bilinir. Səudiyyə Ərəbistanı və BƏƏ-nin Sudana olan marağı son illərdə artmışdı. Hətta son 2 ildir Sudan ilə İsrail arasında bir normallaşma haqda da danışılırdı. Yanvar ayında İsrail sərnişin təyyarələrinə hava məkanının açılması istiqamətində icazə verilməsi mərhələsinə gəlindiyi də açıqlanmışdı. Bu da bir gerçəkdir ki, strateji mövqeyi üzündən Sudanın BƏƏ ilə İsrailin hədəfi olduğu bilinən bir vəziyyətdir. Belə vəziyyətdə Ömər əl Bəşirin Səudiyyə Ərəbistanla yaxınlaşmağa başlaması təbii bir nəticədi.
 
İSRAİLİN HƏDƏF ALDIĞI COĞRAFİYANIN TAM GÖBƏYİNDƏ
 
 Sudanın strateji mövqeyi və Türkiyə ilə əlaqələri Sudandakı hakimiyyət dəyişikliyinin bundan sonrakı gedişinə təsir edəcək amillər kimi gözə çarpır. Hakimiyyətin dəyişməsini istəyən xalq nəticədə çevrilişlə hərbi idarəetmə əsarətində qalarsa, bu prosesdə Sudanın xaricdən istiqamətləndirilməsi davam edəcək. Burada da İsrail-ABŞ, BƏƏ kimi qüvvələr ön plana çıxır. Xüsusilə, İsrailin Afrika məkanında ABŞ və BƏƏ ilə atdığı addımlar var. İsrailin baş naziri Netanyahunun bir müddət əvvəl başladığı Körfəz ölkələri ilə yaxınlaşma prosesinin digər bir ayağı da Afrika ölkələridir. Sudan da onların başında gəlir. Sudanın xəritədəki mövqeyi Misir və Liviya ilə bir üçbucağı işarə edir. Bu üçbucaq İsrail-ABŞ-BƏƏ üçlüyünün təsir sahəsidir. İsrailin Efiopiya, Eritreya kimi, Nil sularının marşrutunda da əhalini artırmaq həmlələrini də nəzərə alsaq, bu qüvvələrin bundan sonrakı prosesdə Sudandan əl çəkməyəcəklərini də bir kənara qeyd edək.
Hazırladı: Müxalifət.az