​Sudanda prezident və hökumət istefaya göndərildi - YENİLƏNDİ

Baxış sayı:
6568

​Sudan hərbçiləri prezidentin və hökumətin istefaya göndərildiyini bəyan ediblər.
Trend-in məlumatına görə, bundan əvvəl Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilib. Prezident Ömər əl-Bəşir iclasda iştirak etməyib.

***

Sudan ordusu yaxın zamanda təcili bəyanatla çıxış edəcək.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "əl-Hədəs" telekanalı xəbər verir.
Bildirilir ki, ölkənin paytaxtı Xartumdan hərbi çevriliş haqqında məlumatlar daxil olur.
Telekanalın məlumatına əsasən, hazırda Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilir. Prezident Ömər əl-Bəşir iclasda iştirak etmir.
Paytaxtın küçələrində əlavə təhlükəsizlik tədbirləri görülür. Zirehli texnikalar Prezident sarayının yaxınlığına gətirilir.
Sudanın radiostansiyaları və telekanalları hərbi marşlar yayımlayırlar.