Sudanda komendant saatı ləğv edildi

Baxış sayı:
3829

Sudanda komendant saatı ləğv edilib.
Muxalifet.az xəbər verir ki, bunu Sudan dövlət televiziyasına açıqlamasında Sudanın Hərbi Şurasının yeni sədri Əbdülfəttah əl-Burhan deyib. O, bütün vilayətlərin rəhbərlərinin vəzifəsinə xitam verildiyini bildirib. Ölkədəki keçid dövrünün maksimum 2 il davam edəcəyini deyən Burhan daha sonra hakimiyyətin xalqdan təşkil olunan mülki hökumətə təhvil veriləcəyini söyləyib.
Qeyd edək ki, aprelin 12-də Sudanda komendant saatı tətbiq olunmağa başlamışdı. Bu vəziyyətin bir ay davam edəcəyi bildirilirdi.