Su və maya ilə sızanaqlardan birdəfəlik azad olun

Baxış sayı:
2359

Şirniyyatlar üçün istifadə etdiyimiz mayanın maska kimi də əhəmiyyətli olduğunu bilirsinizmi?
Muxalifet.az axşam.az-a istinadən bu barədə məlumat verir:
Maya təkcə dəri üçün deyil, saç üçün də faydalıdır. Belə ki, maya ilə ilıq suyu qarışdırıb saç diblərinə vursanız, saç yağlanmasının qarşısı alınar.
Amma maya daha çox üz dərisi üçün əhəmiyyətlidir. Belə ki, maya üzdəki sızanaqları məhv edir, quru üzləri nəmləndirir, qırışların qarşısını alır, ölü dərini canlandırır.
Bunun üçün 2 yemək qaşığı yaş maya və 1 yemək qaşığı ilıq su lazım olacaq. Suyun içinə mayanı töküb həll olunanadək qarışdırın. Sonra üzünüzə çəkin və quruyanadək gözləyin. Tam quruduqdan sonra ovaraq təmizləyin. Üzünüzü ilıq su ilə yuyun.