​Su sayğacı evdə olanlar üçün XƏBƏR

Baxış sayı:
9076

Azərbaycanda su sayğaclarının mənzillərdən çıxarılması prosesi davam edir.
 
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, son illər aparılan işlər nəticəsində 3 mindən çox yaşayış binasında su sayğacları evlərin daxilindən çölə çıxarılıb: "Hazırda daha 2000-ə yaxın binadakı sayğaclar binaların pilləkən qəfəslərinə çıxarılacaq. Daxili xətlər yenidən çəkilir və sayğaçlar qəfəslərdə quraşdırılır. Bunun üçün 15 milyon manat vəsait ayrılıb"./ Trend/