Stressi bu üsulla azaldın - Xoşbəxt olun

Baxış sayı:
10882

Elm adamlarının apardıqları araşdırmada həftədə ən az 3 gün 20 dəqiqə təbiətdə vaxt keçirməyin stress səviyyəsini azaltdığı sübut edilir. 
Medicina.az bildirir ki, araştırmaçılar, bir qrup yetkin insanlarla apardıqları tədqiqatda iştrakçılardan 8 həftə boyunca həftədə ən az 3 dəfə təbiətdə vaxt keçirmələrini tələb ediblər. 
İştrakçıların təbiətdə keçirdikləri vaxt boyunca aerobika etmələri, telefondan imtina etmələri istənilib. Bundan əlavə onlara nə isə oxumaları və başqaları ilə danışmaqları qadağan olunub. 
Araşdırmaçılar, 8-ci həftədən sonra test edilən iştirakçılar arasında ən az 20 dəqiqə təbiətdə olan insanlarda kortizol səviyyəsinin düşdüyü müşahidə ediblər.
Ən yaxşı nəticənin 20 ilə 30 dəqiqə arasında əldə edildiyi, 30 dəqiqədən uzun müddətin isə kortizol səviyyəsinin daha da azalmasına səbəb olduğu məlum olub.