Stiven Siqal: "Həbib Nurməhəmmədov dünyanın ən yaxşı döyüşçüsü deyil"

Baxış sayı:
2737

Məşhur amerikalı aktyor Stiven Siqal "Həbib Nurməhəmmədov barədə açıqlama verib.
Sonxeber.az-ın məlumatına əsasən, aktyor qeyd edib ki, Nurməhəmmədov hazırda MMA-nın ən yaxşı döyüşçüsü deyil. Sİqal eyni zamanda Həbibin yaxşı döyüşçü olduğunu qeyd edib və bildirib ki, Nurməhəmmədova məsləhət verə bilməz.
"Mənim Həbibə məsləhət vermək haqqım yoxdur. O, əla döyüşçüdür və rinqdə möhtəşəmdir. Amma mənim tələbəm deyil, tələbəm olsa, ona məsləhət verərdim. Mən heç onunla görüşməmişəm də", - deyə Siqal bildirib.