​Stiven Hokinq İNSANLIĞIN MƏHV OLACAĞI TARİXİ açıqladı

Tanınmış ingilis fiziki Stiven Hokinq növbəti dəfə hamını təlaşlandıracaq açıqlama verib. Alim bildirib ki, bəşəriyyətin məhvinə altı yüz ildən az vaxt qalıb.
Muxalifət.az xəbər verir ki, Hokinq bu haqda bu yaxınlarda Pekində keçirilən sammitdəki çıxışınd deyib. O bildirib  ki, 2600 ilədək Yer kürəsində əhalinin sayı kritik həddə qədər artacaq və o qədər enerji istehsal olunacaq ki, Yer kürəsi yanar şara çevriləcək.
Yeri gəlmişkən, alim insanlığın xilasının olduğunu da bildirir. Bunun üçün kosmik dünya sürətlə öyrənilməli və digər planetlərə köç olmalıdır.
O, gələcək kolonistlərə bizdən 4,37 işıq ili aralıda olan Mərkəzi Alfa ulduz sistemindəki planetə daşınmağı tövsiyə edir. Onun fikrincə, 20% işıq gücü olan kosmik gəmi hazırlanarsa, o, həmin məkana 20 ilə çata bilər. Hələ əlavə 5 il də həmin gəminin ora uğurlu çatdığını göstərən siqnal göndərməsi üçün lazım olacaq.
Rusiyalı alim Andrey Lyaxovsa Hokinqin fikirlərini qəbul etmir. O, daha bədbin proqnoz verir. Lyaxova görə, Yer kürəsi meteorit çarpması üzündən məhv olacaq. Planetimizdə istehsal olunan enerji seli  kosmosdan gələn təhlükələrin qarşısını almağa etməyəcək.
Lyaxovun özünün də opponentləri var. Onların fikrincə isə müasir insan yüz il sonra nə baş verəcəyini proqnozlaşdırmaq iqtidarında deyil.
Daha öncədən 1917-ci ildə insanlara Ayda və Marsda gəzinti vəd edirdilər və onlar da bunun baş verəcəyinə inanmırdılar.
İndi texnika o zamanla müqayisədə daha sürətlə inkişaf edir. Gələn əsrin əvvəlində nələr baş verə biləcəyini heç kim deyə bilməz.