​Stepanakertdə Frankofoniya mərkəzi qurulacaq

Baxış sayı:
5447

“Artsax”-Fransa əməkdaşlığı çərçivəsində Stepanakertdə Paul Elvar Frankofoniya mərkəzinin inşası ilə bağlı razılığa gəlinib. Belə ki, artıq qondarma “Artsax”ın “təhsil, elm və idman nazirliyi” ilə birlikdə memorandum imzalanıb.
Bu haqda “Fransa-Artsax” dostluğunun sədri Fransua Roşbula  qondarma “Artsax parlamenti”nin sədri Aşot Ğulyan ilə görüşü zamanı bəyan edib.
Roşbula Fransanın digər şəhərlərinin də “Artsax” ilə əməkdaşlıq memorandumları imzalayacağına ümid etdiyini bildirib. Fransadan qondarma “Artsax”a gələn nümayəndə heyətinin tərkibində “Fransa-Artsax” dostluq qrupunun üzvləri, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, jurnalistlər və Hay Dat Fransız bürosu əməkdaşları var. “Artsax”da nümayəndə heyətini Fransadakı nümayəndəsi Hovhannes Gevorgyan müşayiət edib.
“Artsax” və Fransa arasındakı əməkdaşlıqdan danışan qondarma “parlament”in sədri onu uğurlu və nümunəvi dostluq kimi qiymətləndirib. O, bu əməkdaşlığın inkişaf etməkdə olduğunu bildirib.
Fransanın Arnouvil və Burg-le-Valanc şəhərlərinin bələdiyyə başçıları Paskal Dol və Marlen Murie bu il iyunun 11- də Grenoblun İnzibati məhkəməsi tərəfindən ləğv edilmiş Fransa və “Artsax” şəhərləri arasında əməkdaşlıq bəyannamələri haqqında danışmış və həmin istiqamətdə düzəlişlər etmək üçün izləyici olacaqlarını bildirmişlər.
Görüş ərzində Frankofoniya vasitəsiylə ilə “Artsax”ın tanınması, “qardaş” şəhərlər arasında məqsədyönlü əməkdaşlıq və Azərbaycan-Qarabağ münaqişəsinin danışıqları prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Muxalifet.az