​“Stefan de Mistura ilə Suriyadakı siyasi gedişatla bağlı fikir mübadiləsi apardıq” - ÇAVUŞOĞLU

Baxış sayı:
8692

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə görüşüb.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter hesabında paylaşım edib.
 
“Stefan de Mistura ilə başda Konstitusiya Komissiyası olmaqla, Suriyadakı siyasi gedişatla bağlı fikir mübadiləsi apardıq”, - deyə XİN rəhbəri bildirib.