​"Star" Avropaya böyük fayda verəcək - Millət vəkili

Baxış sayı:
6295

Türkiyədə “Star” neft emalı zavodunun istifadəyə verilməsi Azərbaycan və Türkiyə iqtisadiyyatına, eyni zamanda, bütün Qafqazın, Mərkəzi Asiyanın və Avropanın enerji təhlükəsizliyinə böyük fayda verəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə azərtac -a Milli Məclisin deputatı Rüstəm Xəlilov deyib.
“Türkiyə ilə Azərbaycan arasındakı dostluq, birlik beynəlxalq aləmə nümunə olmalıdır. Məhz qarşılıqlı uzaqgörənliklə ümumi milli maraqların hədəf götürülərək ona doğru mühüm addımların atılması sayəsində bugünkü böyük uğurlara nail olunub. Ölkələrimiz həmrəylik şəraitində nəhəng layihələr gerçəkləşdirərək sürətli inkişafa, qlobal sabitliyə, sülh və əmin-amanlığa böyük töhfələr verməkdə davam edir”, - deyə R.Xəlilov bildirib.
Milli Məclisin deputatı Türkiyə və Azərbaycanın iqtisadi baxımdan dünyanın inkişaf edən ölkələri olduğunu bildirərək Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, TANAP, “Star” neft emalı zavodu kimi strateji əhəmiyyət daşıyan layihələrin ölkələrimizin nüfuzunu daha da artırdığını qeyd edib.