SƏSİN DÜŞƏR YADIMA...

Baxış sayı:
5390

Səsin düşər yadıma
hər yağış yağanda...
Yağışın hər damlası
səni andırır...
 
Səsin düşər yadıma:
ildırımın çaxması
və yağış damcılarının
üzümə çarpması
kimi...
 
Səsin düşər yadıma:
arzular hayqıranda,
dəlisov hislərim
səni axtaranda...
 
Qaçaram bu eldən,
açaram yeni ömrə
bir qapı, əlimdə açar...
Saçar işıqlarını gecənin aydınlığı
ayın ardından, yağışla birgə...
 
Və ömür
bir piano
melodiyası kimi
axdıqca yada sən düşürsən...
Niyə getdin, heç düşünürsən?
 
Qalma dənizlərdən dala,
onlar kimi əsib coşub
get...
Yıx, vur, dağıt ...
 
Həmişəki kimi məhv elə
özündən başqa hər şeyi...
yox elə özünü, bəli...
Məgər mən sən deyiləm?
Və sən mənim ruhumdasan...
 
Səsin düşər yadıma,
yağış damcıları
yerdə su ilə rəqs edəndə...
itəndə, bitəndə hər yağmur hekayəsi,
gecədən səhərədək səslənən
ayrılıq nəğməsi...
 
ELŞƏN İSMAYIL
07.08.2020