Səs fərqi azalınca İmamoğlu təbrik proqramını ləğv etdi

Baxış sayı:
15724

 İstanbulda səs sayları dəqiqləşdirilmədən özünü bələdiyyə sədri elan edən Əkrəm İmamoğlu, İzmirdəki təbrik proqramını ləğv edib. İstanbulda etiraz edilən rayonlarda səslərin yenidən sayılması ilə birlikdə Binalı Yıldırım ilə Əkrəm İmamoğlu arasındakı səs fərqi azalmaqda davam edir.
 
CHP-nin İzmir namizədi Tunc Soyer Twitter hesabından təbrik proqramının ləğv edildiyini bildirib. Soyer, "Sabah saat 18.00-da hörmətli Əkrəm İmamoğlu ilə keçirilməsi planlaşdırılan xalq görüşməmiz cənab İmamoğlunun İstanbuldakı sıx qrafiki səbəbindən təxirə salınmışdır. Təbrik görüşümüzün tarixi qısa müddətdə yenidən bildiriləcək. Anlayışınız üçün çox təşəkkür edirəm" deyə qeyd edib.
Müxalifət.az