​Sərxoş polis avtomobili prezidentin iqamətgahına çırpdı

Baxış sayı:
3325

Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.