Sərxoş kişi yük qatarının altına yıxıldı - VİDEO

Baxış sayı:
4894

O, olduğu platformadan digərinə keçmək istəyib
Hindistanın Maxaraştra ştatının Nandura şəhərində sərxoş vəziyyətdə olan şəxs yük qatarının altına yıxılıb. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə, şəxs olduğu platformadan digərinə keçmək istəyib. Lakin kişi o dərəcədə sərxoş olub ki, relslərin arasına yıxılıb və heç tərpənməyə halı da olmayıb. Məhz onun həyatını hərəkətsizliyi qurtarıb.
Qatar keçdikdən sonra sərnişinlər platformadan aşağı düşüb və sərxoş şəxsin sağ olduğunu görüblər. Onu platformaya çıxararaq səlahiyyətli şəxslərə təhvil veriblər.
Muxalifet.az baş verən hadisənin videosunu təqdim edir: