​Sərxoş kişi polisə "3 bomba qoyulub" dedi - DİN hərəkətə keçdi

Baxış sayı:
4951

Dekabrın 12-də saat 18 radələrində “102”yə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb. 
Polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.
Araşdırma aparılır.