Sərt mübarizə aparmalıyıq – Millət vəkili

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türkiyənin və bəzi türk xalqlarının QHT nümayəndələri və ziyalıları ilə görüşüb. 
Axar.az xəbər verir ki, Türk Dünyası Araşdırmalar vəqfini ziyarət edən millət vəkili burada təşkilatın rəhbərliyi, gənclər təşkilatı, bir sıra tanınmış ziyalılar, yazarlar və araşdırmaçılarla görüşüb. 
Q.Paşayeva bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanı bu gün Azərbaycanın yanında olmalıdır: 
“Bu gün bəzi güclər, onların KİV-ləri, erməni diasporu Azərbaycan əleyhinə təbliğat aparır. Bəzi güclər qardaş Türkiyədə bir sıra şəxsləri ələ alaraq Azərbaycan əleyhinə təbliğat aparmaqla iki qardaş dövlət münasibətlərinə xələl gətirmək niyyətlərini güdürlər. Buna qarşı sərt mübarizə aparmalıyıq ki, Azərbaycan və Türkiyənin münasibətlərinə zərər vurmaq istəyənlər layiqli cavablarını alsınlar. Türk dünyası QHT və KİV-ləri informasiya müharibəsində fəal olmalıdır. Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımına qarşı mübarizədə onların üzərinə böyük vəzifələr düşür. Türk və müsəlman dünyası məhz bu düşüncə ilə hərəkət etməlidir. Bu, çox vacibdir. Zaman birlik və bərabərlik zamanıdır”.