“Şərqi Fərat” əməliyyatının planı hazırdır: TƏMƏL PAŞA KOMANDANLIQ EDƏCƏK - TƏFƏRRÜAT

Baxış sayı:
4300

Fəratın şərqindəki terror ünsürlərinə qarşı keçiriləcək hərəkatın planlarına son şəkli verilib. Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) hərəkatda alacaqları vəzifələr ən incə təfərrüatına qədər müəyyənləşdirilib. Hərəkata “Zeytun Budağı” hərəkatını idarə edən 2-ci Ordu komandiri ordu generalı İsmayıl Mətin Təməl komandanlıq edəcək.
 
İLK HƏDƏF TUNELLƏR
 
Hərəkatın ilk hədəfi terror təşkilatı PKK/YPG-nin Amerikalı əsgərlərlə birlikdə hazırladığı tələ olacaq. Kəşfiyyat uçuşları, sızma və meydançadakı məlumatlarla ilə təyin olunan, tonlarla partlayıcı ilə tələ qurulan tunellər partladılacaq. Sonra da əvvəlcədən müəyyən olunan strateji hədəflər hava və qurudan intensiv atəş altına alınacaq. Hədəflər məhv edildikdən sonra quru qüvvələrinin dövrəyə girməsi planlaşdırılır.
 
24 MİN NƏFƏR GİRƏCƏK
 
Sərhəd xəttində qazılan onlarca kilometr tuneli mina anbarına döndərən PKK, keçid əsnasında edəcəyi partlatmalarla nəhəng çuxurlar açmağı hədəfləyir. TSQ ehtimal ki, sərhəd tələlərinə qarşı zirehli texnikanın keçidini təmin etmək üçün səyyar enişlərdən istifadə edərək ləngimənin qarşısını alacaq.
ASO və TSQ 10-dan çox nöqtədən PKK-nın işğalındakı əraziyə girəcək. Sərhədi 23 -24 min nəfərlik TSK-ASO hərbçiləri keçəcək. Hərəkatda 17 min kvadrat kilometr sahə təmizlənəcək. Məlumatın sızdırılma ehtimalına qarşı hərəkat planının Suriya içlərisinndəki qismi son ana qədər heç kəslə paylaşılmayaraq gizli saxlanılacaq.
 
ƏLAVƏ QÜVVƏ YOLA ÇIXDI
 
Ehtiyac olduğu təqdirdə əməliyyata qoşulmaq üçün İdlibdəki ASO birliklərindən möhkəmlətmə gücü yola çıxıb. Bölgədə olan Suvvar İdlib Qrupu komandanı “Yeni Şəfəq” qəzetinə verdiyi açıqlamada, bölgədən 8 ilə 15 min arasında dəyişən canlı qüvvə göndəriləcəyini deyib.
 
2 AYDA BİTƏCƏK
 
Qərbdə Cəbəl Ahlem bölgəsində başlayıb, Rəsul Ayn-a uzanan 165 kilometrlik cəbhə dəhlizinin sərhəd hissəsi PKK mənzili kənarında yerləşəcək. Hərəkət əmri ilə birlikdə bütün orqanlar sinxron olaraq sərhəd xəttində yerləşdiriləcək. ASO komandirləri və TSQ rəsmiləri arasındakı toplantıda Fəratın şərqinə qarşı terror təmizliyinin ilk mərhələsinin iki aylıq zaman kəsiyində başa çatdırılacağı bildirilib.
 
TERRORÇULARIN QALXANI OLAN ABŞ
 
Tel Abyadın məclis sədri Əkrəm Dədə, Çətin Mağardan Rəsul Ayn-a uzanan sərhəd boyunca yüzlərlə evin minalandığını və Türk əsgəri ilə ASO-nun keçidi zamanı partladılacağını açıqlayıb. Dədə təşkilatın sərhədə paralel tunellərin yanında şaquli tunellərlə də Türkiyəyə keçərək intihar hücumları keçirməyi planlaşdırdığını söyləyib. Fərat çayının şərqində yuvalanan terror mərkəzlərinə qarşı hərəkat öncəsi PKK-lılarla görüşən Pentaqon səlahiyyətliləri hərəkat əsnasında çətin vəziyyətdə qalan PKK-lıların ABŞ bazalarına sığına biləcəyini deyib. Tel Abyad, Münbiç və Resul Ayn-dan qaçan terrorçular üçün Şeyx Abud, Eyn İsa 93 Briqada, Xarab İşıq, Tel Semin bölgələrindəki ABŞ bazaları sığınacaq nöqtələri olaraq müəyyənləşdirilib. Bu bazalarına sığınan terrorçular ABŞ himayəsində qurudan və havadan Rakka və Qamışlı məntəqələrinə daşınacaq.
Digər tərəfdən, hərəkatı əngəlləmək istəyən Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri bölgəyə yeni bir heyət göndərib. ABŞ-ın mülki və hərbi rəsmiləri ilə birlikdə Ərəb tayfaları və PKK başçıları ilə görüşən Körfəz heyəti 3-ci yol başlığı altında yeni bir formul fikri ortaya atıb. Hasəkə, Münbiç, Resul Ayn, Tel Abyad, Rakka və Qamışlı xəttinə Peşmərgə milisləri ilə birlikdə Körfəz ölkələri və Misirdən gətiriləcək qüvvələrin yerləşdirilməsini istəyən Körfəz heyəti, Faruk əl Maşı, Məhəmməd Bennavi və Əbu Adil adlı PKK terror təşkilatı rəhbərləri ilə keçirdikləri toplantıda bu fikirlərini açıq şəkildə söyləyiblər. Nümayəndə heyəti keçmiş SMDK sədri Əhməd Carbanın da 3-ci yol formulunu dəstəklədiyi açıqlamasını edib.
Müxalifət.az