“Şərqi Fərat” əməliyyatı Türkiyə tarixində ən böyük hərəkat olacaq

Baxış sayı:
6262

Suriyanın şimalındakı terror təşkilatına qarşı hərəkatla bağlı hazırlıqlar fasiləsiz davam edir. Hər gün Hataydan Mardinin Nusaybin rayonuna uzanan Suriya sərhədinə zirehli texnika və şəxsi heyət daşıması davam edir.
 
Terror və Təhlükəsizlik Mütəxəssisi Abdulla Ağar bölgədəki proseslərə münasibət bildirib.
 
TÜRKİYƏ TARİXİNİN ƏN BÖYÜK HƏRƏKATI
 
“Bölgədə edilən hərbi daşıma və hazırlıqlar çərçivəsində açıq şəkildə qeyd etmək lazımdır ki, baş tutacaq əməliyyat Türkiyə tarixinin ən böyük hərəkatı olacaq. Bunu bir sözlə ifadə etsək, hazırkı hazırlıqlar həm əsgər, həm də teknika sayı baxımından “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatlarına nisbətdə 5 dəfə artıqdır. Anadoludakı hərbi birliklər başda olmaqla, Türkiyənin hər yerindən sərhədə daşımalar baş verir. Bölgəyə atəş dəstək və zirehli texnika daşımaları davam edir. Həmçinin Azad Suriya Ordusu (ASO) tərkibində 15 mini hazır olmaqla, 40 min ASO döyüşçüsü də əhəmiyyətli bir amildir.
 
SURİYA XƏTTİ BOYUNCA MƏRHƏLƏ MƏRHƏLƏ HƏRƏKAT OLA BİLƏR
 
Münbiç, Kilis, Qaziantep, Şanlıurfa və Mardin sərhəd xəttində təkcə bir hərəkatla yekunlaşmayacağı ilə yanaşı, konyukturaya görə, bu xətdə mərhələ mərhələ də hərəkat həyata keçirilə bilər. Bir hərəkatda demoqrafik, topoqrafik, psixoloji, müqavimət həssaslığı və nəqliyyat marşrutu kimi amillər vardır.
 
TEL ABYAD VƏ EYN ƏL-ƏRƏB MÜQAVİMƏT NÖQTƏSİDİR
 
Mən keçirilməsi mümkün olan hərəkatda terror təşkilatının əlindəki Tel Abyad və Eyn əl- Ərəbin (Kobani) böyük əhəmiyyət daşıdığını düşünürəm. Bu iki mərkəzin alınması müqavimət və həssaslıq mənasında böyük əhəmiyyət kəsb edir və terror təşkilatının psixoloji olaraq məhvini gətirəcək olan iki sahədir. Tel Abyaddan "yarma tərzi hərəkatla" girilə bilər. Beləliklə terror ünsürlərinin əlindəki bölgə də iki hissəyə bölünəcəkdir. Tel Abyad və Eyn el-Ərəbin digər xətlərdən qoparılması mənə məntiqli gəlir.
 
SURİYA-IRAQ ƏLAQƏSİ KƏSİLMƏLİDİR
 
Burada çox mühüm bir şey daha var. Suriya ilə İraqın əlaqəsinin mütləq kəsilməsi lazımdır. ABŞ və Rusiya ilə razılaşaraq, İrandan yan keçmədən bu həyata keçirilə bilər. İraq prezidenti Bəhram Salehi İraqda əhəmiyyətli bir fiqurdur və həyata keçirdiyi səfər də əhəmiyyət daşıyır. Bunu unutmamaq lazımdır. Terror Suriyadan deyil, İraqdan bitirilə bilər. İraqa nəzarət etdiyiniz təqdirdə Suriyada terroru asanlıqla bitirə bilərik. ABŞ-ın Suriyadan İraqa keçidinin bir səbəbi də budur.
 Terror təşkilatının başçıları üçün pul mükafatı qoyulmasından sonra bir neçə gündür gündəmdə olan "Suriyada tampon bölgə" təklifi tamamilə bir baş aldatma və yemləmədir. Türkiyə qətiyyən “tampon bölgə” təklifinə dönüb baxmamalıdır. Tampon bölgə əvvəl Suriyanı, sonra Türkiyəni parçalamaq üçün ortaya atılan bir təklifdir. Türkiyənin Suriyaya müdaxiləsi üçün uyğun şərtlər mövcuddur.”
Müxalifət.az