“Şərqi Fərat” həyəcanı başlayır: Türkiyə və ABŞ hərəkətə keçib

Baxış sayı:
10573

Suriyada Fəratın şərqindəki terror bölgəsi yenidən isti gündəm maddəsi oldu. BMT-nin terror təşkilatı PKK/YPG ilə etdiyi gizli razılaşma və terror bölgəsində ABŞ-AB və Körfəz ölkələrinin dəstəklədiyi yığıncaqlar təşkil edilməsindən narahat olan Ankara, həyəcan səviyyəsini yüksəldib.

Münbiç, Tel Abyad və Resulayn başda olmaqla, Türkiyəyə verilən sözlərin yerinə yetirilməməsi də Türkiyənin Fəratın şərqinə yönəlik hazırlıqlarını sürətləndirib. Son iki gündə Tel Abyad və Resulaynın qarşısına 50-dən çox tank və top batareyası sövq edilib. Gətirilən tank və batareyalar sərhəd xəttinə yerləşdirilib. Daha əvvəl Hatay bölgəsinə göndərilən çox sayda zenit, zirehli təcili yardım, yanacaq tankı da bölgəyə gətirilərək sərhədə doğru istiqamətləndirilib. Ayrıca sərhəddəki birliklər zirehli texnikalarla bölgəyə daşınan minlərlə xüsusi təyinatlı komando ilə gücləndirilib, bütün icazələr də ləğv edilib. Sərhəd boyunda olan hərbi birlik komandirləri Ankaraya çağırılaraq son vəziyyət dəyərləndirməsi edilib.
 
MÜXALİFLƏRLƏ YIĞINCAQ
 
Hazırlıqlar Suriyanın içinə də uzanıb. Bab və Cerablusda bütün hərbi birliklər və Azad Suriya Ordusunun (ASO) ünsürləri hazırlıq vəziyyətinə gətirilib. PKK işğalı altındakı Resulayn, Tel Abyad, Ayn İsa və Münbiç mənşəli ASO qrup komandirləri ilə Ankarada görüş keçirilib. İşğal xəttinə yönəlik fəaliyyətlərini davam etdirən vətəndaş cəmiyyətinin nümayəndələri və tayfa nümayəndələri də görüşdə iştirak edib.
 
ABŞ-dan TERROR TƏŞKİLATINA VƏD
 
Fəratın şərqinə silah və sursat daşınmasına fasiləsiz davam edən Vaşinqton da öz gündəliyi daxilində işlərinə sürət verib. 2015-ci ildən bu yana 65 min terror ordusu quran ABŞ, indi də ‘tampon bölgə' üçün görüşlər keçirir. İŞİD əleyhinə koalisiya nümayəndəsi sifətiylə bölgədə vəzifə yerinə yetirən William Roebuck ilə Donald Trampın Suriya Xüsusi Nümayəndəsi Ceyms Cefri PKK terror təşkilatı terrorçubaşlarından Şahin Cilo, Elder Xəlil və İlham Əhməd ilə xüsusi bir görüş reallaşdırıb. ABŞ-lı nümayəndələr görüşlərdə Türkiyə sərhədində elan ediləcək tampon bölgənin 6 kilometri keçməyəcəyi və bu bölgədə Türk əsgərinin olmayacağı ilə bağlı terrorçubaşlarına vəd verib.
 
SÜLH QÜVVƏLƏRİ İDDİASI
 
Əldə edilən məlumatlara görə, ABŞ-lı səlahiyyətlilər PKK terrorçubaşlarıyla Suriyanın şərq və şimal bölgələri üçün çox millətli sülh qüvvələri qurulacağı məlumatını paylaşıb. Amerikalılar ilk mərhələdə 15 min əsgərin olacağı qüvvələrin tərkibində ‘Türk əsgərlərinin də iştirak edəcəyini' iddia edib. Haqqında danışılan plan daxilində sözdə sülh qüvvələrinə qatılacaq Türk əsgərlərinin 570 kilometrlik Türkiyə sərhədi xəttində olmayacağını, cənubda Tenef bölgəsi və Meyadin, Əl Bukemal, Badiyə bölgələrində İŞİD və İran dəstəkli Şiə döyüşçülərinə qarşı çəkilən xətdə xidmət edəcəkləri iddia edilib.
 
FEDERAL MƏCLİS HAZIRLIĞI
 
Suriya vətəndaş müharibəsisinin ilk 4 illik dövründə Şam rəhbərliyinin müttəfiqi olan PKK terror təşkilatı, 2015-dən sonra ABŞ-ın regional müttəfiqi oldu. Pentaqonun sözdə İŞİD-la mübarizə prosesində minlərlə ton silah və sursat verdiyi PKK terror təşkilatı ilə davam edən əlaqələr Deyrizor çölündə İŞİD-ın əlində olan son ərazilərin PKK-ya təslim etməsindən sonra yeni bir ölçü qazanıb. Bölgəyə ABŞ, Avropa Birliyi və Körfəz ölkələrindən üst səviyyə bürokratların sirrli ziyarətləri fövqəladə şəkildə artıb. PKK-nın Suriyadakı terrorçubaşlarıyla Hasekə və Rakkada görüşən ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi Joel M. Rubin, bölgədəki yerli məclislərin ‘Federal Məclisə, regional əsgəri məclislərin də briqada, diviziya quruluşu ilə ‘ABŞ tipli ordu nizamına' çevriləcəyini söyləyib.
 
RAZI SALMA FƏALİYYƏTİ DAVAM EDİR
 
ABŞ ilə birlikdə Suriyada əsgər saxlayan Hollandiya, İngiltərə və Fransanın PKK-ya qalxan məqsədi ilə yaradılacaq sözdə ‘Sülh Qüvvələrinə qatqı verəcəyi, ayrıca Balkan və Baltik ölkələriyə görüşlərin davam etdiyi ifadə edilir. PKK-nı himayə məqsədli qurulacaq Sülh Qüvvəsi 1974-cü ildə Golan-İsrail işğal xəttini qoruma altına alan UNDOF-a oxşar xüsusiyyət daşıyacaq. ABŞ-PKK görüşlərində haqqında danışılan koalisiyaya 20-dən çox ölkənin dəstək verəcəyi, məntiqi və siyasi dəstək baxımından 70-dən çox ölkənin layihənin bir hissəsi olacağı və ilk mərhələdə 15 min nəfərlik qüvvə təşkil ediləcəyi danışılan mövzular arasında yer alır.
Müxalifət.az